XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

11 Fevral 2016 - 07:47

Türkiyə şokda: [color=red]iki qəzet redaksiyasına eyni vaxtda silahlı hücum – FOTOLAR

Türkiyədə "Yeni Şafak" və "Yeni Akit" qəzetlərinin ofislərinə silahlı və "Molotov kokteylli" basqın nəticəsində binaya və redaksiyaya ziyan dəyib.

Bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, basqınlar eyni vaxtda olub. Üzləri maskalı 5 nəfər "Yeni Şafak" qəzetinin binası önünə gedərək, əllərindəki "Molotov kokteylləri"ni redakisyanın girişinə atdıqdan sonra tüfənglə ofisə doğru atəş də açıblar. Eyni vaxtda "Yeni Akit" qəzetinin binasına da "Molotov kokteyli" atılıb, ofis atəşə tutulub.

"Yeni Şafak"ın ofisi İstanbulun Bayrampaşa rayonunda, "Yeni Akit" isə şəhərin Küçükçekməcə bölgəsində yerləşir.

Hadisə ilə bağlı polis araşdırma aparır.

Musavat.com