XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2016 - 08:10

“Bu gün məsləhət olunub ki,..” – [color=red]Cavid Qurbanov Ziya Məmmədovla aralarındakı gərginlikdən danışdı

"Azərbaycan Dəmir Yolları" QSC sədri Cavid Qurbanov keçmiş rəhbəri, nəqliyyat naziri Ziya Məmmədovla aralarında yaşanan gərginliyə münasibət bildirib.

Strateq.az xəbər verir ki, C.Qurbanov Musavat.com-a müsahibəsində söyləyib ki, Ziya Məmmədovla 18 il birgə çalışıb:

"Ziya müəllim mənim həyatımda hansısa bir rol oynayıb. Amma bu gün məsləhət olunub ki, biz bir yerdə çalışmayaq.

O, cənab prezident tərəfindən ölkənin bir nazirliyinə rəhbər təyin olunub. Mən də bir qurumun rəhbəriyəm. Bizim hər ikimizin bir məqsədi, amalı olmalıdır ki, ölkə başçısına, dövlətə xidmət edək. Onunla münasibətim digər nazirlərlə olduğu kimidir”.