XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

21 Noyabr 2019 - 09:11

Həmid Bayenecad:"Şahın ailə üzvləri İran əleyhinə təbliğata maliyyə dəstəyi göstərirlər"

İranın devrilmiş şahının ailə üzvləri Böyük Britaniyada fəaliyyət göstərən “Manoto” televiziyasını İran əleyhinə təbliğat aparması üçün maliyyələşdirirlər.

Bu sözləri İranın Böyük Britaniyadakı səfiri Həmid Bayenecad şəxsi “Twitter” hesabında yazıb.

O bildirib ki, İran şahının ailə üzvləri hakimiyyətdə olduqları vaxt xalqın pulunu oğurlayaraq ölkədən qaçıblar. İndi ailə üzvləri həmin pulları İranın əleyhinə xərcləyirlər.

Onlar “Manoto” televiziyasını maliyyələşdirərək, onu müflis olmaqdan xilas ediblər və bununla da Pəhləvi ailəsinin üzvləri telekanala sahib oldular. Hazırda bu televiziya İrana qarşı geniş təbliğat aparır(azərtac).