XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

21 Noyabr 2019 - 14:11

ABŞ-ın Rusiyadakı yeni səfiri kim olacaq?- Senatın komitəsi Trampın namizədinə "hə" dedi+FOTO

ABŞ Senatının Xarici İşlər üzrə Komitəsi dövlət katibinin müavini Con Sallivanın Rusiyada səfir vəzifəsinə namizədliyini bəyənib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə komitə rəhbəri Cim Rişin bəyanatında deyilir.

“ABŞ-ın Rusiyada səfiri vəzifəsinə Con Sallivanın namizədliyinin irəli sürülməsinə yekdil dəstək haqqında bildirməyə şadam. Ümid edirəm, Senat yaxın vaxtlarda onu təsdiq edəcək”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp oktyabrın 17-də qanunvericilərə Sallivanın Moskvada səfir vəzifəsinə namizədliyinə baxmaq təklifini göndərib. Bundan iki həftə əvvəl – oktyabrın 3-də Con Hantsmanın səlahiyyət müddəti başa çatıb. O, 2017-ci ilin oktyabrında ABŞ-ın Rusiyadakı diplomatik missiyasının rəhbəri təyin edilmişdi.

Hantsman Trampa istefa haqqında ərizəsini avqustun əvvəllərində təqdim edib.