XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

23 Noyabr 2019 - 23:34

Lukaşenko azərbaycanlı biznesmeni təltif edib- Fəxri ordenlə+FOTO

Belarus prezidenti Aleksandr Lukaşenko “Ulu Göyçə” inşaat-investisiya şirkətinin direktoru İsmayılov Vasif Sultan oğlunu fəxri ordenlə təltif edib.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus dövlət başçısının mətbuat xidmətindən bildirilib.

Qeyd edilir ki, biznesmen Belarus və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin və investisiya əməkdaşlığının inkişafına əhəmiyyətli töhfə verdiyinə görə bu dövlət mükafatına layiq görülüb.

Vasif İsmayılov Minskdə Mayakovski və Aranski küçələrinin kəsişməsində inşa olunmuş biznes mərkəzinin sərmayədarlarından biri kimi məşhurdur. O, həmçinin Azərbaycan Ticarət Evinin yerləşdiyi çoxfunksiyalı “Abşeron” kompleksinin tikintisinə cəlb edilib. V.İsmayılovun rəhbərlik etdiyi şirkət 2013-cü ildə Bakıda Belarusun Azərbaycandakı səfirliyinin yeni binasını tikib.