XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Noyabr 2019 - 10:20

“Ulduz-Həzi Aslanov” sahəsində qatarların hərəkəti bərpa olunub –Açıqlama

Bu gün saat 05:41 dəqiqədə “Həzi Aslanov-Dərnəgül” xətti üzrə sərnişinsiz hərəkət edən ilk qatarın maşinisti “Qara Qarayev” stasiyasına yaxınlaşanda təmas relsində nasazlıq aşkar edib.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, nasazlığın operativ qaydada aradan qaldırılması məqsədilə dərhal “Bakı Metropoliteni” QSC-nin qəza-bərpa vasitələri, rəhbər işçiləri və müvafiq struktların mütəxəssisləri cəlb ediliblər.

Həmin vaxt “Ulduz-Həzi Aslanov” istiqamətində qatarların hərəkəti dayandırılıb, saat 6:00-da həmin istiqamətdə yerləşən stansiyalar sərişinlərin girişinə açılmayıb.

Metropolitendə qatarların hərəkəti Qırmızı və Yaşıl xətlər üzrə “Nəriman Nərimanov-İçərişəhər”, “Nəriman Nərimanov-Dərnəgül” istiqamətdə 3 dəqiqəlik intervalla təşkil edilib. Bənövşəyi xətt üzrə və “Cəfər Cabbarlı-Xətai” mənzilində qatarlar normal iş rejimi şəraitində fəaliyyət göstərib.

“Ulduz- Həzi Aslanov” sahəsində sərnişinlərin daşınması üçün Bakı Nəqliyyat Agentliyinə müraciət olunub.

Saat 10:15-də nasazlıq tam aradan qaldırılıb, sərnişinlərin təhlükəsizliyi təmin olunmaqla, Qırmızı və Yaşıl xətlərdə qatarların qrafik üzrə normal işi bərpa olunub.

Baş vermiş hadisənin səbəbləri araşdırılır, nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək. /APA