XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

24 Noyabr 2019 - 13:06

Tbilisidə etirazlar qızışır:Prezident Sarayının qapıları qıfıllandı + FOTO

Tbilisidə aksiyaçılar Gürcüstanın prezident sarayının darvazasına qıfıl asıblar.

Aksiyaçılar öncə iqamətgahın qapısını qıfıllamağa cəhd ediblər. Lakin güc qurumları buna imkan verməyiblər.

Nəhayət, onlar biu istəklərinə nail olublar.

Etirazçılar bildiriblər ki, prezident Salome Zurabişvili ölkədə siyasi böhran yaranandan on gün sonra bəyanat verib və bu da onları hiddətləndirib.

Qeyd edək ki, S.Zurabişvili ötən gün hazırda ölkədə qarşıdurmanın vaxtı olmadığını bildirib. Dövlət başçısı hamını gərginliyi azaldacaq qərar tapmağa çağırıb.

Gürcüstanda etirazlar noyabrın 14-də proporsional seçki sisteminə keçidlə bağlı qanun layihəsinin parlamentdə qəbul edilməməsindən sonra başlayıb/Report.