XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2019 - 16:20

Məhərrəm İncə Kılıcdaroğlunu ittiham etdi:"Bu tələ sabah Kamal Kılıcdaroğluna da qurula bilər"

Cümhuriyyət Xalq Partiyasının (CHP) sədrliyinə və Türkiyə  Prezidenti postuna sabiq namizəd Məhərrəm İncənin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməsi barədə mətbuatda yer alan iddia ana müxalifət partiyasında qalmaqala yol açıb.

Bu gün Yalovada evində mətbuat konfransı keçirən M. İncə R. T. Ərdoğanla görüşməsi barədə yayılan xəbərin tamamilə yalan olduğunu, ona qarış aparılan kampaniyanın arxasında CHP-dəki bir qrupun dayandığını bəyan edib.

M.İncə deyib ki, yayda eyni yaxtada istirahət edən həmin qrup partiyanı dağıtmaq istəyir. O, bir CHP üzvünün Türkiyə Prezidenti ilə görüşməsi xəbəri yayılan zaman K. Kılıcdaroğluna zəng açdığını, birgə mətbuat konfransı keçirərək bu iddianı təkzib etmələrini istədiyini, ancaq bu istəyinin cavabsız qaldığını də açıqlayıb: “Həmin vaxt hələ mənim adımdan söz getmirdi. Ancaq bu kampaniyanın mənə qarşı yönələcəyini hiss etdim və ona görə də Kamal Kılıcdaroğluna bunu bildirdim. Baş verənlər də bunu bir daha təsdiqlədi. Əgər CHP rəhbərliyi, partiya sözçüsü çıxıb desəydi ki, Məhərrəm İncə bu partiyanın sadiq üzvü, övladıdır, o, bunu etməz, mənim ürəyim yanmazdı. Ancaq onlar bunu etmədilər. Rəcəb Tayyib Ərdoğan çıxıb deyir ki, bu görüş iddiasını sübut etsinlər, Prezident postundan gedər. Ancaq Kamal Kılıcdaroğlu bunun qarşılığında mənim belə bir görüşdə iştirak etmədiyimi qətiyyətlə bəyan etmək əvəzinə niyə  Rəcəb Tayyib Ərdoğanla debata çıxa biləcəyindən danışır, mən anlamıram. Bu gün mənə qarşı qurulan bu tələ sabah Kamal Kılıcdaroğluna qarşı qurular. Partiyadakı xain üzə çıxarılmalıdır”

İncə Kamal Kılıcdaroğlunun ona qarış aparılan böhtan kampaniyasında iştirakının olub-olmadığı barədə suala da birmənalı cavab verməyib: “Mən bunları açıqlasam, partiyam zərbə alar”.

Qeyd edək ki, “Sözçü” qəzetinin tanınmış yazarı Rahmin Turan 20 noyabr 2019-cu il tarixdəki köşə yazısında 9 noyabrda bir CHP-linin Beştəpədə Prezident Sarayında Türkiyə Prezidenti və hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü yazıb. İddia əks-sədaya səbəb olduqdan sonra isə bunun Məhərrəm İncə olduğunu bildirib.

CHP sədri Kamal Kılıcdaroğlu isə bu barədə jurnalistlərin sualını cavablandırarkən konkret mövqe ortaya qoymayıb. K. Kılıcdaroğlun məsələdən xəbərdar olduğunu və təəssüfləndiyini bildirib.

Məhərrəm İncə xəbərin yalan olduğunu dedikdən sonra isə Rahmi Turan xəbərin mənbəyinin həmkarı Tələt Atilla olduğunu deyib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da CHP-dən kimsə ilə görüşmədiyini bildirib və belə bir xəbər doğru olarsa, prezident postundan istefa verəcəyini bildirib.

Tələt Atilla bu gün daha bir açıqlama yayaraq yazıb ki, Məhərrəm İncə ilə Rəcəb Tayyib Ərdoğan arasında görüşün keçirilməsi barədə xəbərin  doğru olduğunu Kamal Kılıcdaroğlu təsdiqləyib. Tələt Atilla CHP lideri tərəfindən məsələ ilə bağlı açıqlamalar olmazsa, yeni önəmli açıqlamaları olacağını deyib. /APA