XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2016 - 20:44

Səudiyyə Suriyada quru əməliyyatına nə vaxt [color=red]başlayacağını açıqladı

Səudiyyə Ərəbistanı Suriyada İŞİD-ə qarşı quru əməliyyatlarına başlayacağı tarixi açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, krallığın Xarici İşlər Nazirliyinin müşaviri Əhməd Əsiri koalisiyanın qərarını gözlədiklərini bildirib.

Müşavirin sözlərinə görə, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qərar verən gün əməliyyatlar başlayacaq. Əsiri qərarın təxirə düşməyəcəyini də xüsusi qeyd edib.

Suriya hökuməti isə bildirib ki, Dəməşqin razılığı olmadan quru əməliyyatlarına başlayanlar evlərinə tabutda qayıdacaqlar.