XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Noyabr 2019 - 09:00

Bakıda sürüşmə zonası genişlənib, ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib –FOTO

Bakıda yolda sürüşməsinin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

Sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən paytaxt istiqamətinə yeni yolda hərəkət dayandırılıb. Ərazidə sürüşmə zonasının aktiv olduğu güman edilir. İlkin ehtimala görə, gecə saatlarında da növbəti torpaq sürüşməsi baş verib. Bu səbəbdən təhlükəli ərazinin sahəsi genişlənib.

Hadisə ilə əlaqədar yolda gediş-gəliş bağlanıb. Sürüşmə zonasına nəzarət gücləndirilib, ərazi əhatəyə alınıb, hadisə yerinə yol polisi, post partrul əməkdaşları və təcili yardım cəlb edilib.

Qeyd edək ki, avtomobillərin hərəkəti köhnə yol ilə “20-ci Sahə” adlanan ərazidən keçməklə şəhər istiqamətinə doğru təmin olunur. (Report)