XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Noyabr 2019 - 17:32

“İcbari tibbi sığortanın həyata keçirilməsi üçün qanunvericilik bazası yaradılmalıdır” –Komitə sədri

İcbari tibbi sığortanın ölkəmizdə həyata keçirilməsi üçün qanunvericilik bazası yaradılmalıdır.

Bunu “Tibbi sığorta haqqında” qanun layihəsinə dəyişikliklərin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortaya keçidlə bağlı sənəd imzalamasından sonra ölkəmizdə bununla bağlı böyük işlər görülüb: “Bu sərəncamdan irəli gələrək “Tibbi sığorta haqqında” qanunun 8 maddəsinə 126 dəyişiklik təklif olunur. Bu dəyişikliklər əsasən, icbari tibbi sığorta ilə bağlıdır”.

O həmçinin qeyd edib ki, dəyişikliklər 3 qrupa bölünür: “Bunlar anlayışlarla bağlı, stilistik və sığortaolunanlarla bağlı dəyişikliklərdir”. (apa)