Nazirlər Kabinetinin Aparat rəhbəri vəzifəsinə təyinat olub.
Strateq.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
Bildirib ki, Əli Əsədovun sərəncamı ilə Rüfət Tofiq oğlu Məmmədov Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib.
O da vurğulanıb ki, R.Məmmədov bu təyinatadək İqtisadiyyat nazirinin müavini vəzifəsində işləyib.