XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

26 Noyabr 2019 - 10:12

Bakıda 6 tələbə qız dəm qazından zəhərləndi- Nazirlikdən açıqlama

Xəzər Universitetinin 6 tələbəsi zəhərlənib.

Səhiyyə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, tələbələr Təcili Tibbi yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriblər.

Onların dəm qazından zəhərlənməsi ehtimal edilir.

Qeyd edək ki, Təcili Tibbi yardıma çağırış saat 04:47-də olub. Tələbə qızların dediyinə görə, hadisə kirayədə qaldıqları Qara Qarayev pr. 76, mənzil 28 ünvanında baş verib.

Həkimlər tələbə qızların vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.