XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 07:55

Nazir Fazil Məmmədov bacısının həyat yoldaşına vəzifə verdi – [color=red]1-ci müavin

Vergilər Nazirliyində aparılan kadr dəyişikliyi nəticəsində nazir Fazil Məmmədovun 13 müşavirinin sayı 7-yə endirilib.

Müşavirlikdən azad olunan şəxslər digər vəzifələrə təyinat alıblar.

Nazirin müşaviri vəzifəsindən azad olunan Namiq Quliyev Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini təyin edilib. Bununla da müavinlərin sayı 3-ə çatıb.

Qeyd edək ki, Namiq Quliyev nazir Fazil Məmmədovun bacısının həyat yoldaşıdır. N.Quliyev müşavir təyin olunmamışdan öncə də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin birinci müavini vəzifəsində çalışıb.

AzVision.az