XƏBƏR LENTİ

26 Noyabr 2020

Digər Xəbərlər

26 Noyabr 2019 - 14:54

Mehriban Əliyeva:"Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “İnstagram” səhifəsində ünvanına gələn təbriklərə görə xalqa təşəkkür edib.

Strateq.az-ın xəbərinə görə, Brinci vitse-prezident səhifəsində belə yazıb:

“Hörmətli həmvətənlər!

Rusiya Federasiyasının dövlət mükafatı – “Dostluq” ordeni ilə təltif edilməyim münasibətilə təbriklərinizə görə sizə dərin minnətdarlığımı bildirirəm.

Rusiyaya rəsmi səfərim zamanı mənə ünvanladığınız xoş, səmimi sözlərə görə sizə təşəkkür edirəm.

Öz fəaliyyətimdə mən daim sizin dəstəyinizi hiss edirəm. Sizin mənə inamınız, xoş münasibətiniz və səmimiyyətlə uğurlar diləməyiniz mənim üçün ən gözəl ilham mənbəyidir.

Çox sağ olun!

Sevgilərlə,

Sizin Mehriban”.