XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

12 Fevral 2016 - 10:16

Neft pulları qurtardı, [color=red]bu ölkədə aclıq başladı

Vaxtilə neftdən böyük gəlir əldə edən Venesuela indi olduqca çətin günlərini yaşayır. Neft qiymətlərinin kəskin ucuzlaşması 30 milyon əhalisi olan ölkənin iqtisadiyyatını ağır duruma salıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Venesuela parlamenti ölkədə qida çatışmazlığı ilə bağlı fövqəladə vəziyyət elan edib.

Müxalifətdən olan deputatlar bildiriblər ki, ölkə iqtisadiyyatı kritik vəziyyətdədir. Deputat Xulio Borxes əsas ərzaq məhsullarında qıtlığın 87 faizə yüksəldiyini deyib. 

Ərzaq böhranı ilə bağlı BMT və UNİCEF-ə müraciət olunub. Hər iki qurumdan Venesuelladakı riski dəyərləndirmək üçün ölkəyə ekspertlər göndərmək xahiş olunub.