XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 May 2015 - 05:39

Azərbaycan-Türkiyə birgə taktiki təlimləri başlayıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 12-dən Bakıda və Naxçıvanda iki ölkənin Silahlı Qüvvələrinin qoşun növlərinin cəlb olunması ilə birgə taktiki təlimlər başlayıb.
Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimlərin Naxçıvanda keçirilən mərhələlərindən biri Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Türkiyə Respublikasının 3-cü ordu komandanı ordu generalı ümit Dündarın ümumi nəzarət və müşahidəsi ilə həyata keçiriləcəkdir.
Təlimlər mayın 16-dək davam edəcəkdir.