XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2019 - 12:24

Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edildi- QƏRAR

Naxçıvan Muxtar Respublikasına (MR) səfər edən İran vətəndaşları üçün viza rejimi ləğv edilib.

APA-nın Tehran bürosunun xəbərinə görə, bu barədə İranın Naxçıvan MR-dəki Baş konsulluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, dekabr ayının 1-dən İran vətəndaşları 15 gün müddətinə vizasız Naxçıvana səfər edə biləcəklər.

Qeyd edək ki, bu ilin oktyabr ayında Naxçıvana səfər edən İran vətəndaşları üçün viza rüsumunun məbləği azaldılmışdı.