XƏBƏR LENTİ

19 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2019 - 15:30

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi:"Bakının regional şəhər və alt mərkəzləri də olmalıdır"

“Bakının ənənəvi mərkəzi ilə yanaşı, daha iki növ mərkəzi – regional şəhər mərkəzi və alt mərkəzlər olmalıdır.  Beynəlxalq ekspertlərin təklif etdiyi və yerli ekspertlərin dəstəklədiyi yanaşma budur”.

Bunu Bakı şəhərinin Baş Planı üzrə yanaşmaların müzakirəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Anar Quliyev deyib.

Onun sözlərinə görə, Bakıya baxdıqda bu gün ayrıca şəhər olsa da, Sumqayıtı və Xırdalanı da infrastruktur baxımından nəzərə almaq lazımdır:

“Sumqayıt bu gün regional mərkəz rolunu oynayır. Regional mərkəzin mahiyyəti ondadır ki, bu mərkəz – alt və ya regional olmasından asılı olmayaraq – ənənəvi mərkəzlə oxşar infrastruktura malik olmalıdır. Sumqayıt təbii ki, belə bir mərkəzdir. Biz onu ona görə regional mərkəz adlandırırıq ki, o, Bakının ənənəvi mərkəzindən kifayət qədər uzaqdır. Bakıətrafı əraziləri birləşdirən o region üçün bir mərkəz rolunu oynayır. Ələt və Mərdəkanda regional mərkəzlərin qurulması təklif olunur”.

A.Quliyev bildirib ki, Xırdalan alt mərkəzlərdən biri ola bilər:

“Bakıdan kənarda yerləşsə də, oxşar yanaşma ilə Binəqədi, Hövsan, Lökbatan, Zığ, Sabunçu əraziləri də Bakının alt mərkəzləri kimi təqdim oluna bilər”. /APA