XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

27 Noyabr 2019 - 22:02

Gürcüstanda etnik çeçenlər arasında atışma olub- Ölən var

Gürcüstanın Axmeti rayonunun Sakobiane kəndində (Pankisi dərəsi) iki ailə arasında qarşıdurma olub.

Pankisi dərəsində kistinlər (etnik çeçenlər) arasında baş verən atışma nəticəsində 1 nəfər ölüb, dörd nəfər yaralanıb.

Mutoşvili və Kavtaraşvili ailələri arasında baş verən mübahisənin dəqiq səbəbləri hələlik məlum deyil. Amma bəzi məlumatlara görə, qanlı dava-dalaşa Pankisidə tikilməsi nəzərdə tutulan su elektrik stansiyası səbəb olub.

Münaqişə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır(azərtac).