İstanbulun mərkəzində – İstiqlal küçəsində 5 mərtəbəli bina çöküb.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bina «Taksim» meydanına gedən yolda yerləşir.
Hadisə yerinə fövqəladə hallar xidmətinin əməkdaşları və xilasedicilər cəlb olunub.
Tələfat haqqında dəqiq məlumat verilməsə də, dağıntılar altında insanların qaldığı bildirilir.