XƏBƏR LENTİ

21 Yanvar 2021

Digər Xəbərlər

29 Noyabr 2019 - 10:26

“Azərbaycan-Gürcüstan sərhəd məsələləri komissiyasının işində yenilik yoxdur” –Nazir müavini

“Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının işində heç bir yenilik yoxdur”.

Bunu Gürcüstan Xarici İşlər nazirinin müavini, Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının Gürcüstan tərəfdən həmsədri Laşa Darsalia deyib.

O bildirib ki, hazırda tərəflər komissiyanın Tbilisidə gözlənilən növbəti görüşünün vaxtını razılaşdırırlar.

“Hazırda biz tarixi razılaşdırırıq. Vaxt müəyyən edildikdən sonra görüş keçiriləcək. Məsələ ilə bağlı hazırda heç bir yenilik yoxdur”, – deyə L. Darsalia qeyd edib. (APA)