XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

29 Noyabr 2019 - 18:32

Azərbaycan Prezidentinin köməkçilərinin sayı artırılıb- SİYAHI

Azərbaycan Prezidentinin köməkçilərinin sayı artırılıb.

APA-nın xəbərinə görə, bu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamında əksini tapıb.

Yeni strukturda Azərbaycan Prezidentinin köməkçilərinin sayı 8-dən 9-a qaldırılıb. Müvafiq sərəncamlarla Cəmilə Abbasova, Anar Ələkbərov, Kərəm Həsənov, Zeynal Nağdəliyev, Məhərrəm Əliyev, Fuad Ələsgərov, Hikmət Hacıyev, Şahmar Mövsümov və Natiq Əmirov Azərbaycan Prezidentinin köməkçisi təyin ediliblər.