BMT-nin Malinin şimalında yerləşən Kadil şəhərindəki bazasına silahlı hücum olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, hücum zamanı BMT-nin 6 sülhməramlı əsgəri həyatını itirib, 30 nəfər yaralanıb.
Hadisəyə görə məsuliyyəti «Əl-Qaidə»nin bir qolu olan "Ənsar ad-Din" qruplaşması üzərinə götürüb. Ölən hərbiçilərin Qvineya vətəndaşları olduğu bildirilir.
BMT baş katibi sülhməramlılara hücumu cinayət adlandırıb. Və bildirib ki, BMT terrora qarşı mübarizədə Mali hökumətinə dəstəyini dayandırmayacaq.
Malinin şimalı 2012-ci ildə cihadçılar və separatçı qüvvələr tərəfindən ələ keçirilib. Hazırda BMT missiyasının icrasının ən təhlükəli olduğu yer Mali hesab olunur.
Bununla belə qurum orada sülhü bərpa etməkdə israrlıdır.