XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

30 Noyabr 2019 - 17:49

Prezident İlham Əliyev Türkiyədə TANAP-ın açılışında:"Türkiyə və Azərbaycan çiyin-çiyinə irəliləyəcək"

Xəbər verdiyimiz kimi, bu gün Noyabrın 30-da Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib.

Strateq.az xəbər verir ki, mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 4 il bundan əvvəl təməli qoyulan TANAP-ın Avropa sərhədinə çatması münasibətilə təbriklərini çatdırıb.

Bu layihənin keçdiyi tarixi yoldan danışan dövlətimizin başçısı TANAP-ın icrasında əsas texniki və maliyyə yükünün Azərbaycanın və Türkiyənin üzərinə düşdüyünü bildirib.

Ölkələrimiz arasında icra olunan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin fəaliyyətə başlamasının TANAP üçün yol açdığını deyən Prezident İlham Əliyev 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin əhəmiyyətindən danışıb, onun ölkələri birləşdirdiyini vurğulayıb.

Bu layihələrin dünyada enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən dövlətimizin başçısı bildirib ki, bundan sonra da iki qardaş ölkə – Türkiyə və Azərbaycan çiyinə-çiyinə irəliləyəcək.