XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2019 - 13:07

Rusiyada sərnişin avtobusu körpüdən çaya düşdü:15 nəfər ölüb, 18 nəfər yaralanıb

Rusiyada sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alanların sayı 18 nəfərə çatıb.

Bu barədə RİA “Novosti” məlumat yayıb.

Məlumata görə, hadisə zamanı 15 nəfər ölüb.

Hadisə Zabaykal diyarında, Sretensk rayonunda qeydə alınıb. Belə ki, sərnişin avtobusu körpüdən Kuenqa çayına aşıb. Hadisə zamanı avtobusda 43 nəfər olub/Report.

***

Rusiyanın Zabaykal diyarının Sretensk rayonunda sərnişin avtobusunun körpüdən Kuenqa çayına düşməsi nəticəsində 10 nəfər ölüb, 5 nəfər ağır yaralanıb.

TASS agentliyinin verdiyi məlumata görə, hadisə yerinə 5 təcili tibbi yardım briqadası göndərilib.

Hadisənin səbəbləri araşdırılır.

Qeyd edək ki, şəxsi sahibkara məxsus avtobusda 43 turist olub.

***

Rusiyanın Zabaykal diyarında sərnişin avtobusu körpüdən Kuenqa çayına düşüb.

“REN TV” telekanalıın verdiyi məlumata görə, avtobusda 18 sərnişin olub.

Hadisə yerinə xilasedicilər cəlb olunub/APA.