XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 09:24

Əli Abbasov 1 milyonluq [color=red]oğurluq iddiasına cavab verdi

Keçmiş rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Goradildəki bağ evindən 1 milyon dollar oğurlandığı barədə yayılan xəbərə reaksiya verib.

Anspress.com-a açıqlamasında Əli Abbasov bunları deyib: 

"Mən də xəbərləri oxumuşam. Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar. Axı həbs birdən olmur. Bunun üçün məhkəmə olmalıdır. Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu? Həbs olunanlar kimlərdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanlar həqiqətə uyğun deyil".

Əli Abbasov onu da əlavə edib ki, onun həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb.