XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

01 Dekabr 2019 - 19:10

SOCAR dənizdə bütün işləri dayandırdı, işçiləri təxliyyə etdi –Hava ilə bağlı

SOCAR dənizdə hava şəraitinin kəskinləşməsi ilə əlaqədar təxliyyə tədbirlərinə başlayıb.

Strateq.az SOCAR-a istinadla bildirir ki, şirkət təhlükəsizlik tədbirlərini maksimum gücləndirib və dənizdə çalışan neftçilərin – işçilərinin təxliyyəsinə start verib: “Bu gün səhər başlayan təxliyyə tədbirləri axşam saatlarına qədər davam edəcək. Açıq səthlərdə, dəniz platformalarında aparılan bütün işlər dayandırılıb, əməliyyatlar məhdudlaşdırılıb və maksimum gücləndirilib. Dəniz platformaları ətrafında Fövqəladə Hallar Nazirliyinin gəmiləri də daxil olmaqla, mütəmadi növbətçilik həyata keçirilir. Hava şəraiti normallaşdıqdan sonra işçilərin iş yerlərinə qaytarılması təmin ediləcək”.