XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

13 Fevral 2016 - 10:43

Şəhid olan əsgərimiz dəfn edildi -[color=red] FOTO

Azərbaycan Ordusunun fevralın 12-də qoşunların təmas xəttində Ermənistan silahlı qüvvələrinin atəşkəsin pozması nəticəsində şəhid olan hərbi qulluqçusu torpağa tapşırılıb.
 
Apa.az-ın xəbərinə görə, kiçik çavuş, 1994-cü il təvəllüdlü Zeynalov Elmir Sərxan oğlu doğulduğu Əhmədabad kənd qəbristanlığında dəfn edilib.  
 
Dəfn mərasimində Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, kənd sakinləri, mərhum hərbçinin xidmət etdiyi hərbi hissəsinin rəhbərliyi, döyüşçü yoldaşları iştirak ediblər.
 
Komandirləri Elmir Zeynalovun nümunəvi hərbçi olduğunu, döyüş tapşırıqlarını hər zaman layiqincə yerinə yetirdiyini bildiriblər. Daha sonra yaylım atəşi açılıb, şəhid torpağa tapşırılıb. 

Elmir Zeynalov ailənin tək oğlan övladı olub.