XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

05 Mart 2015 - 11:37

Müsavatdaxili növbəti qarşıdurma və ya Arif Hacılının vədi…

elbeyi-hesenli.jpg

Müsavat Partiyasının üzvü, jurnalist Elbəyi Həsənli başqan Arif Hacılının onu partiya sıralarından uzaqlaşdıracağı haqda gəzən söhbətlərə münasibətini aşıqlayıb.
Strateq.az jurnalistin açıqlamasını olduğu kimi təqdim edir:
“Müsavatçı həmkarım zəng vurub deyir ki, bəy, sənin işin şuluqdur, səni patiyadan çıxaracaqlar. Niyə elə düşündüyünü soruşdum: “Niyəsi yoxdur ki. Arif Hacılı şəxsən sənin haqqında status yazıb: “Azərbaycan hakimiyyəti öz muzdurları vasitəsi ilə yeni siyasi fəaliyyət növü yaradıb. Müxalifətə müxalifətçilik”. Müsavatın qaragüruhçu elitası əl-ələ verib üstünə yeriyir. Divan üzvleri Alya Yaqublu, Osman Kazimov, müavinlər Elman Fəttah, Sexavet Soltanli, müşavirlər və hücumun önündə MNTK sədri Müsavatın “Femidasi” Sevinc Hüseynova…
Hətta qıvlasız Səbuhi Məmmədli də onlara züy tutur. Düyməyə basıblar. Səni tikə-parça edəcəklər. Heç qorxub eləmə, əmin ölməyib… partbiletini əlindən ala bilərlər, amma onlarin dəstəsi sənin klavyaturan agırlıgında belə deyil…
Sənə demişdimmi ki, vaxt gələcək Mustafa Hacıbəyli əlinə bir çomaq alıb dayanacaq Müsavat Partiyasının qapısının qabağında. Kimi istəsə içəri buraxacaq, istəmədiyin də qapıdan qovacaq. Mənim proqnozumda indiyə qədər yalan gördünmü? Olmayıb. Onu da bil ki, tezliklə Müsavat Partiyası adına ortada Arif Hacılının indiyə qədər qurub-quraşdırdığı qrup qalacaq. Partiyanın bütün vitrin fiqurları ya bu dəstədən bezib kənara çəkiliblər, ya da Qubad İbadoğlunun yanındadırlar. Hələ gedənlər çox olacaq. Bilirsən ki, Qubad da mənlik deyil. Amma Arifə baxıb ona şükür edənlər çox olacaq…
20 ildir ki, müsavatdasan. Sənə verilən qiymət də o oldu ki, Elbəyi Həsənli hakimiyyətin muzdurudur. Di get, kef elə. Sənə demişdimi ki, bunlar yararsiz adamlardır, bunlara baş qoşma. Hələ gedib arı yuvasına çöp də soxursan. Arifçilərin şüarı budur: ” Ya bizdənsən, ya da düşmən!!!”…
Həmkarım mənə sonda xeyli təsəlli verib telefonu qapatdı…
Və mənim yadıma düşdü ki… haradasa 2000-ci il idi. Müsavat Partiyasının köhnə qərargahında redaksiyadan aşağı düşəndə Arif Hacılını gördüm. Həmişəki kimi yaxınlaşıb salam verdim. özünü xeyli itirdi. Təəccüblə üzümə baxıb soruşdu ki, sən niyə mənə salam verirsən? İndi də mən ona təəccüblə baxmalı oldum. Yəni, niyə salam verməyim ki. Arif bəy dedi: ” Bilirsən ki, Rauf Arifoğlu ilə aramız dəyib. Ona görə də “Yeni Müsavat”da işləyən kimsə mənə salam vermir. Sən kişi adamsan. Mən bunu heç vaxt unutmayacam”.
Həmin söhbətdən sonra Arif bəy Rauf bəylə ən azı 7-8 dəfə küsüb-barışıb…
Başqan seçkisi ərəfəsində Səxafət Əlisoy belə bir bəyanat verdi ki, Müsavatın başqanı türk olmalıdır. Arif Hacılını qeyri-türk olmaqda suçladılar. Arif bəyin qardaşı Vaqif Hacıbəyli az qala arxiv sənədlərin ortaya tökmüşdü. Bununla bağlı mən də etiraz etdim. Müsavat kimi demokratik partiyada türk və ya qeyri-türk arqument ola bilməz. çünki bu arqumentdən adətən faşistlər istifadə edirlər. Dərhal təşəkkürlər gəldi. İndi məni söyənlər, xüsusən Mustafa bəy dönə-dənə təşəkkür etdi. Seçkidən sonra Qubad İbadoğlu Arif bəyin başqanlığın yaxın buraxmadı. Qubad bəyə etiraz etdim. Dedim ki, qurultayın qərarına hörmət etmək lazımdır. Onda isə Arif bəy mənə “belə bir məqamda dəstəyə görə təşəkkür etdi”.
Arif bəy elə düşünür ki, mənim işim-gücüm bunu hücumlardan müdafiə etməkdən ibarətdir. Deməli, mən Arif bəyin işinə yarıyanda kişi adam oluram və təşəkkürə layiqəm. Yaramayanda, xüsusən onun maraqlarına toxunan fikirlər səsləndirəndə həmən “hakimiyyətin muzdlu” nümayəndəsinə çevrilirəm. Məsələn, bunu necə normal qarşılamaq olar ki, ölkə prezidenti İlham Əliyevin cəmi 2 müşaviri var, amma müxalifət partiyası başqanı Arif Hacılının müşavirlərinin sayı 12-dir və inşallah, dalı gələcək. Lağlağı iş görürsüz. Etiraz edənə də “pis kişi” deyirsiz…
Yeri gəlmişkən, bəs vədinə nədən xilaf çıxdın? Demişdin ki, sənin kişi adam olduğunu heç vaxt unutmaram”.