XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 December 2019 - 13:26

Parlamentin buraxılması və növbədənkənar seçkil bağlı redaksiya heyəti yaradıldı –MM-də iclas

Milli Məclisdə (MM) hakim partiyanın parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezident İlham Əliyevə ünvanlanan müraciətlə bağlı redaksiya heyəti yaradılıb.

Bunu spiker Oqtay Əsədov parlamentin bugünkü plenar iclasında bildirib.

O deyib ki, heyətin tərkibinə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri, MM sədrinin müavini Bahar Muradova, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Fəzail İbrahimli və Sahibə Qafarova daxildir/Report.