XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 December 2019 - 21:00

Çin “Human Rights Watch” və “Freedom House”a sanksiyalar tətbiq edəcək- Səbəb

Çin hərbi gəmilərin və təyyarələrin Honkonqu ziyarətlə bağlı ABŞ-ın müraciətinə baxılmasını təxirə salıb.

Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmisi xanım Xua Çunin dekabrın 2-də keçirdiyi mətbuat konfransında bildirib.

XİN rəsmisi bu qərarın ABŞ Senatının Honkonqla bağlı aktlarının Prezident Donald Tramp tərəfindən imzalanması ilə qanun kimi qüvvəyə minməsinə cavab olaraq qəbul edildiyini vurğulayıb.

Xua Çunin Çinin Vaşinqtona cavab olaraq, ABŞ-ın bir qrup qeyri-hökumət təşkilatına, o cümlədən Demokratiyaya Milli Dəstək Fondu, “Human Rights Watch” və “Freedom House” təşkilatlarına qarşı sanksiyalar tətbiq edəcəyini də açıqlayıb. Rəsmi Pekin həmin qeyri-hökumət təşkilatlarının Honkonqda iğtişaşlar törədənlərə dəstək verdiyini bildirib.

Qeyd edək ki, noyabrın 27-də Prezident Donald Trampın ABŞ Senatının qəbul etdiyi “Honkonqda insan hüquqları və demokratiya aktı”nı imzalaması ilə sənəd qanun kimi qüvvəyə minib. Çin tərəfinin məsələ ilə bağlı bəyanatında qondarma “Honkonqda insan hüquqları və demokratiya aktı” Birləşmiş Ştatların Honkonq məsələsinə və Çinin daxili işlərinə müdaxilə, beynəlxalq hüququ, beynəlxalq münasibətləri tənzimləyən əsas normaları pozan hərəkət kimi qiymətləndirmişdi. Rəsmi Pekin buna cavab tədbirləri görəcəyini də bəyan etmişdi(azərtac).