XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

02 Dekabr 2019 - 21:49

Gürcüstan baş nazirinin müşaviri:“Ölkəmiz Cənub Qaz Dəhlizində iqtisadi və siyasi körpü rolunu oynayır”

“Gürcüstan üçün Cənub Qaz Dəhlizi layihəsində iştirak böyük məsuliyyətdir”.

Bu barədə Gürcüstan baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri Beka Liluaşvili bildirib.

Onun sözlərinə görə, Gürcüstanın bu layihədə iştirakı yalnız coğrafi və infrastruktur baxımdan məhdudlaşmır: “Ölkə layihədə həmçinin iqtisadi və siyasi körpü rolunu da oynayır. Cənub Qaz Dəhlizi layihəsi Gürcüstanın strateji tərəfdaşları olan Avropa İttifaqı və ABŞ-ın maraqlarına da uyğundur”.

B.Liluaşvili deyib ki, layihə Aİ-nin enerji bazarının təhlükəsizliyinin artırılmasına yönəlib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz 2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri TANAP və Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir. 2018-ci il mayın 29-da Səngəçalda Cənub Qaz Dəhlizinin açılış mərasimi keçirilib. Həmin il iyunun 12-də TANAP-ın birinci hissəsinin açılış mərasimi keçirilib. İyunun 30-da isə TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlanıb. Bu il noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində TANAP-ın Avropaya birləşdirilən hissəsinin (Faza-1) açılış mərasimi keçirilib. (report)