XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 December 2019 - 10:44

Ərdoğan:“NATO-nun yenilənməyə ehtiyacı var"

“NATO-nun təhlükəsizlik çətiri bizim üçün çox əhəmiyyətlidir”.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun sammitində iştirak etmək üçün Londona yola düşərkən hava limanında keçirdiyi mətbuat konfransında bildirib.

“NATO-nun yenilənməyə ehtiyacı var. 2000-ci illərin baxışı ilə günümüzü qavraya bilmərik”, – deyə Türkiyə prezidenti vurğulayıb.

Onun sözlərinə görə, NATO terror qruplaşmalarına, onların təhdidlərinə qarşı müqavimət göstərməlidir: “Alyansın sərhədi olan cənub sərhədlərimizdə ölkəmizlə bərabər Avropaya və bütün müttəfiqlərimizə təsir edəcək hadisələr yaşanır. Terrora qarşı mübarizədə ölkəmizə dəstək verilməsini istəyirik”.

Rəcəb Tayyib Ərdoğan Türkiyənin terrorçu PKK/YPG-PYD qruplaşmasına qarşı mübarizədə israrlı olduqlarını NATO-nun ən yüksək səviyyəsində ifadə edəcəklərini vurğulayıb/Report.