XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2019 - 14:19

“Qarabağ məsələsində kompromis imkanı olduğunu anlayırıq” –Lavrovdan açıqlama

“Dağlıq Qarabağ məsələsində kompromis imkanı olduğunu anlayırıq. Bu, çox uzun müddətdir davam edən münaqişədir, MDB məkanında ən uzunmüddətli münaqişələrdən biridir”.

Bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllinə tam töhfə verəcək.

“Ümid edirik ki, nəticələr olacaq”, – rusiyalı nazir vurğulayıb/Report.