“Türkiyə ilə NATO arasında problemlərin Londonda həll ediləcəyinə dair söz verə bilmirəm”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
Onun sözlərinə görə, Türkiyənin Suriyadakı hərbi əməliyyatları dayandırması zorakılığın azalmasına səbəb olub: “Bundan sonra məsələni siyasi yolla həllinə çalşmalıyıq”.
Baş katib Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu və bunun üçün sərhədə baxılmasının kifayət etdiyini vurğulayıb: “Türkiyə İŞİD-ə qarşı mübarizəmizdə çox vacib bir ölkə idi. Türkiyədəki hərbi bazalardan istifadə edilmədən İŞİD məğlub etmək olmazdı”.
Report