XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

03 Dekabr 2019 - 21:22

Ərdoğandan Makron, Merkel və Consonla görüşdən sonra ilk açıqlama:“Suriya mövzusunda Zirvə görüşü çox yaxşı keçdi”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya mövzusunda Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və İngiltərə Baş Naziri Boris Consonla Londonda bir araya gəlib.

Bir saata yaxın davam edən Zirvə görüşü bu dəqiqələrdə başa çatıb.

Görüşdən sonra Türkiyə prezidenti toplantının çox yaxşı keçdiyini bildirib.

Angela Merkel də “yaxşı və faydalı bir toplantımız oldu” deyə bildirib.

Emmanuel  Makron isə toplantı sonrası Suriya probleminin həlli üçün danışıqların davam edəcəyini bilrib.

Qeyd edək ki, bu gün Londonda NATO-nun 70 illiyi münasibətilə quruma üzv ölkələrin Zirvə görüşü başlayıb. Toplantı sabah da davam edəcək/APA.