XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2019 - 13:42

İran Prezident Administrasiyası:"Tehran və Bakı arasında strateji əlaqələr mövcuddur"

“Tehran və Bakı arasında strateji əlaqələr mövcuddur”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Azərbaycan Baş Nazirinin müavini Şahın Mustafayevlə görüş zamanı deyib.

Görüşdə Azərbaycan və İran arasında əlaqələrin inkişafı və əldə olunan razılıqların icrasının sürətləndirilməsi yolları müzakirə olunub. İki xalqın mənafeyi istiqamətində bütün potensiallardan istifadənin zəruriliyi vurğulanıb.

Görüşdə həmçinin Rəşt-Astara dəmir yolu xəttinin tikintisi və onun əhəmiyyəti haqqında danışılıb.

Ş.Mustafayev deyib ki, Bakı və Tehran arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə münasibətlər inkişaf etməkdədir.