XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2019 - 15:35

Nazirlər Kabinetində dəyişiklik- Aparatın şöbələrinə yeni rəhbərlər təyin edildi

Nazirlər Kabineti (NK) Aparatının şöbələrinə yeni müdir təyin edilib.

Trend-in məlumatına görə, Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Mehman Tağıyev isə Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı təsdiqləyib.