XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

04 Dekabr 2019 - 18:25

Prezident İlham Əliyev Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri qəbul edib – FOTO

Prezident İlham Əliyev dekabrın 4-də Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Strateq.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin ölkəmizə səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi işinə töhfə verdiyi və bu sahədə əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd olunub.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Kənd Təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasının əhəmiyyətinə toxunulub, mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə təşkil olunması məmnunluqla qeyd edilib.