XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Dekabr 2019 - 18:56

NATO liderlərinin sammiti:London Bəyannaməsi qəbul edilib

NATO liderləri sammitinin London Bəyannaməsi qəbul edilib.

APA-nın xəbərinə görə, bəyannamədə bildirilib ki, ABŞ-dan savayı, digər müttəfiqlərin müdafiə xərcləri 5 ildir artmaqdadır.

Terrorizmin hamı üçün təhdid olmağa davam etdiyi vurğulanıb.

Müttəfiqlərin terrorizmlə mübarizədə qətiyyətli olduğu və bu kontekstdə birlikdə güclü addımlar atıldığı qeyd olunub.

Rusiyanın təcavüzkar fəaliyyətinin Alyansın təhlükəsizliyini təhdid etdiyi də bəyannamədə əksini tapıb.

NATO-nun heç bir ölkə üçün təhlükə yaratmadığı, Alyansın müdafiə məqsədli bir ittifaq olduğu bildirilib.

Bəyannamədə ilk dəfə Çinin artan qüdrətinə də toxunulub.

NATO liderlərinin 2021-ci ildə növbəti dəfə görüşəcəkləri də bəyannamədə qeyd olunub.