XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

05 Dekabr 2019 - 13:56

Mədət Quliyev generala vəzifə verdi –MSN-də müşavir təyinatı oldu

Müdafiə Sənayesi naziri (MSN) Mədət Quliyev ehtiyatda olan generalı özünə müşavir təyin edib.

Strateq.az unikal.org-a istinadən xəbər verir ki, Mədət Quliyevin müvafiq əmri ilə ehtiyatda olan general-mayor Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müşaviri təyin olunub.

Xəbəri Müdafiə Sənayesi nazirliyinin mətbuat katibi Yaşar İsakov təsdiqləyib.

Qeyd edək ki, bu ilin oktyabr ayında ehtiyata buraxılan general-mayor M. Baxışov Müdafiə Nazirliyinin Müdafiə sənayesi idarəsinin rəisi vəzifəsində çalışıb.