XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 December 2019 - 15:02

ATƏT PA prezidenti:"Qarabağ münaqişəsi ilə bağlı nikbin işarə görmək istərdik"

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha çox nikbin işarə görmək istərdik”.

Bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən 26-cı iclasında ATƏT-in Parlament Asambleyasının (ATƏT PA) prezidenti Georgi Tsereteli deyib.

O bildirib ki, ATƏT məkanında yaşayan əhali siyasətçilərdən münaqişələrin həllini gözləyir.

G.Tsereteli xalqların rifahı və təhlükəsizliyinin təmin olunmasında ATƏT-in əhəmiyyətli rolunu da diqqətə çatdırıb: “İnsanlar gündəlik həyatlarının yaxşılaşmasına layiqdirlər. Onlar təhlükəsizliklərinin artırılmasına, daha layiqli gələcəyin təmin olunmasına ümid bəsləyirlər”.

Report