XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

12 May 2015 - 08:49

Kirsan İlyumjinov Naxçıvanı təriflədi : “Bu, bir çox ölkələrə nümunədir”

“”Naxçıvan-2015″ Beynəlxalq Şahmat Festivalı qədim Naxçıvan şəhərindəki Şahmat Mərkəzində çox yüksək səviyyədə keçirildi. Yarışın nəticələri media və internet vasitəsi ilə bütün dünyaya çatdırıldı. Beynəlxalq festivalın gedişini dünyanın istənilən ölkəsindən izləmək mümkün idi. Mənim fikrimcə, artıq ənənə halını alan beynəlxalq şahmat festivallarının yüksək səviyyədə təşkil olunması ilə diqqəti cəlb edən Naxçıvan təcrübəsi bir çox ölkələrə nümunədir”. Bu fikirləri “Azərtac”a müsahibəsində Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlyumjinov deyib.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti qeyd edib ki, Naxçıvanda beynəlxalq şahmat festivalları keçirildiyi zaman bütün tanınmış şahmatçılar buraya sevinclə gəlirlər. “çünki Naxçıvandakı qonaqpərvərlik, beynəlxalq tədbirlərin keçirilməsi mədəniyyəti, təşkilatçılıq çox yüksək səviyyədədir. Buraya qonaq gələn bütün şahmatçılar üçün hər cür şərait yaradılır. “Naxçıvan-2015″ Beynəlxalq Şahmat Festivalının yüksək səviyyədə təşkili üçün mən Naxçıvan Muxtar Respublikasının rəhbərinə minnətdarlığımı bildirirəm. Beşinci dəfədir keçirilən bu festival artıq ənənə halını alıb və hər dəfə də biz festivalın yüksək səviyyədə təşkil edilməsinin şahidi oluruq”, – deyən Kirsan İlyumjinov bildirdi ki, yarışda 12 ölkədən 350-dən çox şahmatçının iştirak etməsi də qeyd olunanları təsdiqləyir. Tanınmış şahmatçıların qarşılaşdıqları festivalda, həm də azyaşlılar arasında yarışın keçirilməsi çox müsbət haldır.

Beynəlxalq Şahmat Federasiyasının prezidenti vurğulayıb ki, Azərbaycanda, eləcə də Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən qayğı, yaradılan infrastruktur məmnunluq doğurur: “Azərbaycan bu il şahmat üzrə Dünya Kubokuna və 2016-cı ildə ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək. Bu, Azərbaycanın dünyada idman, şahmat ölkəsi kimi tanınması, beynəlxalq tədbirlərin keçirildiyi möhtəşəm məkana çevrilməsi ilə sıx bağlıdır”.