XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 December 2019 - 12:11

Sabah MSK iclas keçirəcək –Növbədənkənar seçkilərlə bağlı

Sabah Mərkəzi Seçki Komissiyasının iclası keçiriləcək.

İclasda Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qərar veriləcək.

Toplantı saat 14:00-da başlayacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Məclisinin beşinci çağırışı buraxılıb, Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.