XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

06 December 2019 - 17:43

“Bu cür təşəbbüslər iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək edir” –Alessandro Frakasetti

Bir gündə 650 min ağac əkilməsi çox mühüm təşəbbüsdür.

Nə qədər çox ağac əkilərsə o qədər də çox oksigen olar. Biz bu cür təşəbbüsü çox xoş qarşılayır və dəstəkləyirik. Bu cür təşəbbüslər iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri İmadəddin Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulan BMT-nin İnkişaf Proqramının ölkəmizdəki rezident nümayəndəsi Alessandro Frakasetti deyib.

Diplomat bildirib ki, hər bir ağac bir insanın iki il ərzində ehtiyacını qarşılayacaq qədər oksigen verir. Biz hər bir dövləti bərpa olunan enerjiyə sərmayə yatırmağa, ümumiyyətlə, enerjidən səmərəli istifadə, ətraf mühitin və canlılar aləminin, yaşıllığın qorunası kimi addımlar atmağa dəvət edirik”.