XƏBƏR LENTİ

19 Yanvar 2020
18 Yanvar 2020
17 Yanvar 2020

Digər Xəbərlər

07 Dekabr 2019 - 13:12

“Bələdiyyə seçkilərində iştirak etmək istəyənlərin heç birinə yox cavabı verilməyib” –MSK sədri

“Demək olar ki, bələdiyyə seçkiləri ilə əlaqədar müraciət edənlərin heç birinə yox cavabı verilməyib və hamısının namizədliyi qeydiyyata alınıb”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.

O xatırladıb ki, bu il dekabrın 23-də 1606 bələdiyyəyə 15156 üzv seçiləcək: “Seçkiyə 42 minə yaxın namizəd qatılıb. Bu da, təxminən, bir bələdiyyə yerinə 3 namizədin mübarizə aparması deməkdir. Hesab edirəm ki, bu da yaxşı bir göstəricidir. Nəzər alaq ki, 13 siyasi partiya birbaşa özləri namizədlərini irəli sürərək seçkilərdə iştirak edirlər. Bu da cəmiyyətin, siyasi partiyaların bu seçkilərə marağının yüksək olduğundan xəbər verir”. (Report)