XƏBƏR LENTİ

14 İyul 2020

Digər Xəbərlər

08 Dekabr 2019 - 14:40

Azərbaycan XİN Ukraynaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya başsağlığı verib.

Başsağlığı XİN-nin rəsmi “Twitter” səhifəsində yerləşdirilib.

Dekabrın 5-də Odessa şəhər kollecində baş verən yanğınla əlaqədar Ukraynada Milli Matəm Günü elan olunub.  Azərbaycan XİN yanğın zamanı həyatını itirənlərin ailələrinə və Ukrayna xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyir.

Qeyd edək ki, Ukraynanın Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10 nəfərə çatıb.