XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 December 2019 - 16:50

Ukraynada kollec binasında yanğın: ölənlərin sayı 10-a çatdı –Zelenski ümumilli matəm günü elan etdi

Ukraynanın Odessa şəhərində kollec binasında baş verən yanğın zamanı ölənlərin sayı 10 nəfərə çatıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Bildirilir ki, hadisə zamanı ümumilikdə 30 nəfər xəsarət alıb. Onlardan 10-u xəstəxanadadır.

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, hadisə zamanı zərər çəkənlərə yardım göstərilməsi və faciənin başvermə şəraitini tezliklə müəyyənləşdirmək üçün dövlət orqanlarına tapşırıqlar verib.

V.Zelenski dekabrın 8-ini ölkədə ümumilli matəm günü elan edib.

Hadisə ilə bağlı cinayət işi açılıb. Polis yanğının törədilməsində 2 nəfərdən şübhələnir.

Qeyd edək ki, hadisə dekabrın 4-də baş verib. Daha əvvəl yanğın zamanı 8 nəfərin həlak olduğu bildirilib/Report.