XƏBƏR LENTİ

21 Yanvar 2020
20 Yanvar 2020

Digər Xəbərlər

09 Dekabr 2019 - 10:51

“Azərbaycanla Rusiya arasında demarkasiya prosesi növbəti 2-3 ildə yekunlaşacaq” –Xələf Xələfov

Azərbaycanla Rusiya arasında demarkasiya prosesinin növbəti 2-3 il ərzində başa çatdırılacağı gözlənilir.

Bu barədə Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov bildirib.

Nazir müavinin sözlərinə görə, qeyd olunan məsələyə dair heç bir problem yoxdur, işlər müvəffəqiyyətlə davam etdirilir.

“Ötən ay Moskvada bizim növbəti iclasımız keçirildi. Növbəti planları təsdiq etdik. Görülən işləri bir daha nəzərdən keçirərək rəsmiləşdirdik. Demək olar ki, bu istiqamətdə işlərin 30-40%-ni həyata keçirmişik”, – deyə X. Xələfov qeyd edib. (apa)